Quterreş Livana hərbi texnikanın verilməsinə çağırıb AzPolitika onlayn siyasi ictimai qəzet

18.01.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Beynəlxalq ictimaiyyət Livan silahlı qüvvələrinin öz ölkəsini və xalqını müdafiə edə bilməsi üçün gücləndirilməsinin zəruri olduğunu düşünür.

APA xəbər verir ki, bunu Beyrutda respublikanın baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikati ilə danışıqlar aparan BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Biz Livan ordusunu gücləndirmək üçün əlimizdən gələni etməliyik. Əhalinin müdafiəsini təmin etmək üçün hazırda Livan hərbçilərinin hərbi texnika ilə təmin edilməsi çox vacibdir”, - Quterriş vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью