Quterreş Makronla GÖRÜŞƏCƏK

07.02.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq deyib.

O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.

F.Haq əlavə edib ki, Baş katibin sammit çərçivəsində bir çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью