Quterreş Nyu Orleanda törədilən terror aktını pislədi

02.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin baş katibi Antonio Quterreş ABŞ- ın Nyu Orlean şəhərində (Luiziana ştatı) 15 nəfərin həyati təhlükəsi ilə nəticələnən terror aktını pisləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurum rəhbərinin jurnalistlərə açıqlamasında deyilir.
“Baş katib Yeni Orleanda sürücünün Yeni il gecəsini qeyd etmək üçün toplaşan izdihamı vurduğu hücumu qətiyyətlə pisləyir”, - deyə məlumatda bildirilir.
Quterreş hadisə qurbanlarının tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, Yeni il gecəsi yerli vaxtla səhər saat 3 radələrində Nyu-Orleanın mərkəzində yük maşını piyadaların üstünə sürülüb. Avtomobil dayandıqdan sonra cinayətkar polis əməkdaşlarına atəş açıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15 nəfər həlak olub, azı 30 nəfər xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью