Quterreş Suriya ilə bağlı çağırış edib

02.12.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində hərbi əməliyyatları dərhal dayandırmağa və Ümumdünya Təşkilatının himayəsi altında danışıqlara qayıtmağa çağırıb.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrikin sözlərinə görə, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi təcili olaraq siyasi prosesə qayıtmağı tələb edir və bütün tərəflərə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladır.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью