Quterreş Təl Əvivi atəşi dayandırmağa çağırıb

10.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

BMT-nin Baş katibi Antonio Quterreş mülki şəxslər arasında itkinin artmasını qeyd edərək, İsrail hakimiyyətini Livanın cənubunda hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə Baş katibin ofisinin yaydığı bəyanatda deyilir. Bəyanatda, həmçinin qeyd olunur: “Antonio Quterreş Livanın cənubunda, xüsusilə Nəbatiyə bölgəsində hərbi əməliyyatların genişlənməsi ilə bağlı ciddi narahatlığını ifadə edir”. O, mülki şəxslər arasında artan itkini pisləyib. Bundan əvvəl, İsrailin hava zərbələrindən sonra Livan ordusu ölkənin cənubundakı Nəbatiyə əyalətinin şəhər və kəndlərində patrul fəaliyyətini gücləndirmişdi.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью