Quterreş: Ümidvaram ki, qlobal tənəzzüllə üzləşmərik

09.04.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş mətbuat konfransında müvafiq sualı cavablandırarkən dilə gətirib. O vurğulayıb ki, tariflərin artması nəticəsində doğa biləcək iqtisadi tənəzzül xüsusilə dünyanın ən yoxsul insanları üçün faciəvi nəticələr yaradacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə ticarətdə qarşılıqlı tariflər irəli sürüb. Qərara əsasən, o, əsas tarif dərəcəsini 10% müəyyənləşdirilib. Eyni zamanda, Çinə 34%, Aİ-yə 20%, Vyetnama 46%, Tayvana 32%, Yaponiyaya 24%, Hindistana isə 26% qarşılıqlı tariflərin tətbiqinin nəzərdə tutulduğunu söyləyib.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью