Quterreş və digər rəsmilər Bakıdadır Yenilənir

11.11.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Nepal Prezidenti Ramçandra Paudel də ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью