Quterreşdən COP29un nəticəsi ilə bağlı PAYLAŞIM

24.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin baş katibi Antonio Quterreş "X" hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.

Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:

"Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim. Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir. Mən bütün hökumətləri buna çağırıram", - BMT-nin rəhbəri yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью