Quterreşdən COP29un nəticəsi ilə bağlı PAYLAŞIM

24.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin baş katibi Antonio Quterreş "X" hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.

Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:

"Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim. Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir. Mən bütün hökumətləri buna çağırıram", - BMT-nin rəhbəri yazıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью