Quterreşdən Fələstinə dəstək mesajı

29.11.2024

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT-nin Fələstin xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Antonio Quterreş X sosial media platformasındakı paylaşımında qeyd edib. O, Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik günü münasibətilə paylaşımında bildirib ki, BMT Fələstin xalqı və onların sülh, təhlükəsizlik və ləyaqət içində yaşamasına yönəlik hüquqları ilə həmrəy olmağa davam edəcək.

Qeyd edək ki, İsrail Fələstinə dəstək verdiyi üçün Quterreşi "persona non grata" elan edib və onun ölkəyə girişini qadağan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью