Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
BMT-nin baş katibi Küveytə ölümcül dron hücumundan sonra dağıdıcı nəticələr barədə xəbərdarlıq edib. Antonio Quterreş dialoq və diplomatiyanın davamlı sülhə aparan yeganə mümkün yol olduğunu təkrarlayıb.
Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik danışıb.
Quterreş Küveytlə həmrəyliyini ifadə edib və həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə şəfa tapmalarını arzulayıb.
BMT-nin Baş katibi regionda gərginliyin davam edən eskalasiyasından dərin narahatlığını bildirib, bütün tərəfləri təmkinli olmağa, regional sülh və təhlükəsizliyi daha da təhdid edə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.