Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş nüvə silahına malik bütün ölkələri mövcud moratoriumları qorumağa və Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə əməl etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Antonio Quterreş bu barədə sosial media hesabında paylaşım edib.
BMT rəhbəri bildirib ki, nüvə sınaqları beynəlxalq etimadı sarsıdır və yeni silahlanma yarışını təşviq edir.
Quterreş nüvə silahına malik ölkələri Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsini həyata keçirməyə çağıraraq vurğulayıb ki, dünya nüvə sınaqlarına son qoymaq öhdəliyini yenidən təsdiqləməlidir.
“Gəlin nüvə sınaqlarına son qoymaq öhdəliyimizi bir daha təsdiqləyək”, – deyə BMT-nin Baş katibi bildirib.
Quterreş nüvə sınaqlarından imtinanın qlobal təhlükəsizliyin qorunması və silahlanma yarışının qarşısının alınması baxımından vacib olduğunu qeyd edib.
Murad İsmayıl