Quterriş HƏMAS və İsraili atəşkəsi qorumağa çağırdı

11.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qəzza zolağındakı vəziyyətlə əlaqəsi olan bütün tərəflərin vəzifəsi anklavda döyüş əməliyyatlarının yenidən başlanmasına imkan verməməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterriş bildirib.

"Biz Qəzza zolağında böyük faciəyə səbəb olacaq döyüş əməliyyatlarının yenidən başlanmasının qarşısını hər vəchlə almalıyıq. HƏMAS-ı şənbə günü girovların azad edilməsini həyata keçirməyə çağırıram", - baş katib qeyd edib.

A.Quterriş əlavə edib ki, İsrail və HƏMAS atəşkəs razılaşmasının şərtlərində nəzərdə tutulan öhdəliklərinə əməl etməli, Dohada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqları bərpa etməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью