Icma.az bildirir, Sherg.az portalına istinadən. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayram
Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır.
Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.", - deyə məlumatda bildirilir.Məlumatda həmçinin qeyd olunur ki, saxta müəlliflər onu adi poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək, ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər.Məlumatda daha sonra deyilir: “Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”.Politoloq Tofiq Abbasov "Sherg.az"a söyləyib ki, zaman-zaman "quyruq bulayanlar" və təxribata üstünlük verənlər saxtakarlıqla məşğul olaraq çalışırlar ki, məsələləri daha da dərinləşdirsinlər:"Bəzi qüvvələr ölkələr arasında nifaq salmağa can atırlar.
Azərbaycanın baş vermiş insidentlə bağlı mövqeyi bəlli, haqlı və sağlamdır.
Prezident İlham Əliyev Aktaudakı qəzayla bağlı öz fikrini açıq şəkildə bildirib.
Rusiya tərəfdən Azərbaycana yönələn neqativ dalğalar millətçi və radikal qrupların özfəaliyyətidir.
Həmçinin burada üçüncü ölkələrin, ermənilərin "beşinci kolonunun" əli də var.
Həmin qüvvələr kiberhücumlardan istifadə edərək əlavə problem yaratmağa çalışırlar.