Quyu qazılarkən qaz borusu partladı Yaralananlar var Yenilənib

02.02.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Gəncədə quyu qazılan zaman qaz borusu partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.

1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və digər xəsarət alanlar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə, partlayış fəhlələr kanalizasiya quyusunda təmir apararkən baş verib.

***

Gəncədəki partlayışın tərəffüatı bilinib. Məlum olub ki, hadisə fərdi evlərdən birinin həyətində kanalizasiya quyusu qazılarkən baş verib.

Qazıntı işləri aparılan zaman ərazidən keçən qaz xətti zədələnib və ani partlayış olub.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Yunis Quliyev




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью