Quzanlıda qəza: Piyadanın ayağı qopdu

19.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az tns-ə istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində "KIA" markalı avtomobil yolu keçmək istəyən piyada Ağdam rayon Mərzili kənd sakini Vidadi Əliyevi vurub.

Nəticədə piyadanın sol ayağı diz nayihəsindən qopub. Bərdə Diaqnostika Mərkəzinə çatdırılan piyadanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Ağdam Komunal Müəssisələri Kombinatının əməkdaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью