Quzuların səssizliyi filminin simvolu sərgiyə çıxarıldı

18.06.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Darvin Muzeyində "Kəpənəklər. İllüziyalara baxmayaraq" adlı qeyri-adi sərgi açılıb.

Kulis.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Yeni ekspoziya həşəratlar aləmindəki optik illüziyalara, mimikriya və kamuflyaja həsr olunub. Sərginin ən diqqətçəkən eksponatlarından biri isə belində kəllə sümüyü təsviri olan "Acherontia atropos" kəpənəyidir.

Məhz bu nadir kəpənək növü vaxtilə baş rolda əfsanəvi Entoni Hopkinsin çəkildiyi məşhur "Quzuların səssizliyi" (Silence of the Lambs) filminin dəhşət saçan simvoluna çevrilmişdi.

Sərgidə zəngin kəpənək kolleksiyası ilə yanaşı, müasir rəssam və heykəltəraşların yaradıcılıq nümunələri də təqdim olunur. Ziyarətçilər keramika, heykəltəraşlıq, akvarel, kollaj və zərgərlik məmulatlarından tutmuş stimpank, video-installyasiyalar və kinetik mexanizmlərə qədər müxtəlif incəsənət inciləri ilə tanış ola biləcəklər.

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı? Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью