Qvadelupa nümayəndəsi: Məcburi assimilyasiyaya qarşı mübarizəmiz davam edir

29.03.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Assimilyasiya kütləvi qırğın silahıdır. Afrikalılar əsrlər boyu buna məruz qalıblar. Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib.

“Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”, - deyə Qvadelupa nümayəndəsi bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью