Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasının 1000-ci oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin yubileyi “Liverpul”la ev oyununa təsadüf edib. Görüş “şəhərlilər”in qələbəsiylə başa çatıb – 3:0.
Qvardiola “Mançester Siti”də 550, “Bavariya”da 161, “Barselona”da 289 oyun keçirib. Görüşlərin 716-da qələbə qazanan Qvardiola 156 dəfə heç-heçə edib, 128 dəfə uduzub.