Qvardiola 117 milyonluq ulduza xəbərdarlıq etdi: Satılacaqsan

07.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin vingeri Cek Qriliş İngiltərə komandasını tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

"Siti"nin baş məşqçisi Pep Qvardiola 29 yaşlı futbolçunun çıxışından məyus olub. Pep artıq açıq şəkildə Cekin performansını tənqid edib. Qvardiola formasını yaxşılaşdırmaq üçün Qrealişə mövsümün sonuna qədər vaxt verib, əks halda klub onu transferə çıxaracaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2021-ci ildə 117,5 milyon avroya "Aston Villa"dan Mançester klubuna keçib. Bu da yerli oyunçular arasında Premyer Liqa tarixinin ən bahalı transferidir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью