Qvardiola 30 illik münasibətə son qoydu

14.01.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola həyat yoldaşı Kristina Serradan ayrılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Qvardiola və Serranın münasibətləri 1994-cü ildə, o, 23 yaşında olarkən və "Barselona"nın futbolçusu olduğu vaxt başlayıb. 20 illik münasibətdən sonra 2014-cü ildə evləniblər.

Qvardiola və Serranın keçən ay ayrıldığı deyilir. Ayrılıqdan yalnız onların ən yaxın adamları xəbərdar olublar. Boşanmanın səbəbləri də gizli saxlanılır. Eyni zamanda, Xosep və Kristinanın dost olaraq qaldığı bildirilir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью