Qvardiola ABŞ millisini çalışdırmayacaq

16.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola ABŞ millisini çalışdırmayacaq.

İdman.Biz xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, 55 yaşlı ispaniyalı mütəxəssis Maurisio Poçettinonun ayrılmasından sonra ABŞ yığmasının baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilsə də, bu vəzifəyə gəlmək niyyətində deyil.

Mənbənin bildirdiyinə görə, Qvardiola ABŞ Futbol Federasiyasından gələcək istənilən təklifi rədd edəcək. O, milli komandalarla işləməyə maraq göstərsə də, hazırda məşqçilik karyerasına qayıtmağı planlaşdırmır.

Qeyd edək ki, Qvardiola 2026-cı ilin yayında “Mançester Siti”dən ayrıldıqdan sonra birillik fasilə götürmək niyyətindədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью