Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Karlo Ançelottinin "Real"dan ayrılaraq Braziliya millisini çalışdırmağı haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis bu təyinatla bağlı zarafat edib:
"Mən onun "Real"da qalmadığına görə çox xoşbəxtəm. Çünki Ançelotti məni hər zaman məğlub edirdi. Mən artıq bununla məşğul olmaq məcburiyyətində deyiləm".
Qeyd edək ki, Ançelotti Braziliya millisi ilə 1 illik müqavilə imzalayıb.