Qvardiola Arsenal a darmadağını belə şərh etdi

03.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 24-cü turunda "Arsenal"a uduzduqları oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, BBC prinsipial rəqibinə 1:5 hesabı ilə məğlub olan ispan çalışdırıcısının dediklərini belə çatdırıb:

“Sadəcə son 25 dəqiqə üçün üzgünəm. Çünki nə etməli olduğumuzu, 65-70 dəqiqə ərzində nə etməli olduğumuzu unutmuşduq. 
Matçın başlanğıcı çətin oldu, amma 10-15 dəqiqədən sonra məncə, özümüzü toparladıq və çox yaxşı oynadıq. Sonra "rikoşet" və üçüncü qol oldu. Bundan sonra müdafiədə səbirli olsaq da, hesab 3:1-dirsə və rəqib rahat oynayırsa, sənin işin çətinləşir. Son 15-20 dəqiqəyə təəssüflənirəm, əks halda bizim tərəfdən çox yaxşı matç oldu". 

"Mançester Siti" bu məğlubiyyətdən sonra liqanın ilk "dördlüy"ündə qalsa da, lider "Liverpul"dan 15 xal geri düşüb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью