Qvardiola azarkeşi az qala döyəcəkdi: bu sözünə görə VİDEO

08.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qalmaqaldan son anda qurtulub.

Publika.az xəbər veirr ki, İspan mütəxəssis və mühafizəçilər yolla irəliləyərkən azarkeşlərdən biri ispan məşqçiyə sataşmaq qərarına gəlib. “Ağla, dostum, uduzduğun üçün”, – deyə fanat Pepi təhrik etməyə çalışıb.

Qvardiola bu ifadəyə dərhal reaksiya verib və fanatla məsələni yumruqları ilə həll etmək istəyib. Mühafizəçilərin sayəsində dava baş verməyib.

“Məğlubiyyətin nə olduğunu bilirsinizmi ki, siz bu haqda danışmaq istəyirsiniz?”, – deyə o, azarkeşin tərəf qışqırıb.

Qeyd edək ki, Pep Qvardiolanın komandası son oyunlarda uğursuz çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью