Qvardiola Barselona nın ulduzunu istəyir 100 milyon xərci var

20.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona"nın braziliyalı vingeri Rafinya "Mançester Siti"nin futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə. 28 yaşlı futbolçu "Siti"nin baş məşqçisi Pep Qvardiolanın komandasında görmək istədiyi oyunçulardan biridir.

İngiltərə klubu üçün bu keçidi reallaşdırmaq çətin olacaq. Çünki İspaniya nəhənginin futbolçunu təxminən 100 milyon avroya buraxacağı gözlənilir.

Bu mövsüm Rafinya klub səviyyəsində 29 oyun keçirib, 20 qol vurub və 11 məhsuldar ötürmə edib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью