Qvardiola belə müsibət yaşamamışdı...

25.11.2024

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti” uğursuzluq zolağından heç cür çıxa bilmir.

İngiltərə çempionu premyer-liqanın 12-ci turunda öz meydanında “Tottenhem”dən 4 cavabsız top buraxıb. MS bütün turnirlərdə ardıcıl 5-ci dəfə məğlub olub ki, bu da komandanın baş məşqçisi Xosep Qvardiolanın 17 illik karyerasında uğursuz bir ilkdi!..
Xatırladaq ki, “Siti” ardıcıl üç premyer-liqa oyununda, bir dəfə Çempionlar Liqasında, bir dəfə isə İngiltərə Liqa kubokunda uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью