Qvardiola bu klubun məşqçisi olacaq

17.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubu ilə müqavilə bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Qvardiolanın hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Mənbə iddia edir ki, danışıqlardan sonra mütəxəssis 2026-cı ilə qədər yeni müqavilə imzalayacaq. Bu yaxın zamanda rəsmi şəkildə açıqlanacaq.

Qvardiola 2016-cı ildən “Mançester Siti”də məşqçidir, daha öncə o, “Barselona” (2008-2012) və “Bavariya”(2012-2016) məşqçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью