Qvardiola De Brüynenin əvəzləyicisini tapdı

10.02.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Siti" komandadan ayrılacağı gözlənilən Kevin de Brüynenin əvəzləyicisini tapıb.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

"Şəhərlilər" "Leyptsiq"dən yarımmüdafiəçi Xavi Simonsu transfer etmək istəyirlər.

İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu Kevin de Brüynenin əvəzedicisi kimi görür. Onun Bundesliqadakı çıxışı, texniki keyfiyyətləri, görmə qabiliyyəti mütəxəssisin diqqətini çəkib. 

"Leyptsiq"in isə öz oyunçusu üçün 100 milyon avro tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Xavi Simons cari mövsüm klub səviyyəsində 18 oyun keçirib , 5 qol vurub və 4 məhsuldar ötürmə verib. 

Xatırladaq ki, daha əvvəl De Bruynenin "Mançester Siti"ni tərk edərək Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi bildirilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью