Qvardiola: Deyirdilər ki, Messi sayəsində qazanıram, amma...

07.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nı çalışdırdığı vaxtları xatırlayıb.

O, "qızıl dövrü" yada salaraq deyib:

“Yadımdadır, nə qədər insan Messi və başqaları kimi oyunçular sayəsində “Barselona”ya uğur qazandırdığımı demişdi. Dedilər ki, mən İngiltərədə məşqçilik səviyyəmi sübut etməliyəm. Yaxşı, biz bunu etdik!”

Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub. Mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun baş məşqçiliyi altında “şəhərlilər” 6 dəfə İngiltərə çempionatının qalibi olublar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью