Qvardiola əfsanələr üçün əyləncə təşkil etdi

03.06.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola dostlarını və futbol əfsanələrini rəhbəri olduğu fond tərəfindən keçirilən "Legends Trophy" turnirinə dəvət edib. 

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı tədbirdən fotoları "Instagram" səhifəsində paylaşıb.

Qolf həvəskarı olan Qvardiola bu idman növü üzrə müntəzəm turnirin təşkilatçısıdır. Budəfəki "Legends Trophy" turnirinə əfsanəvi keçmiş futbolçular Andrey Şevçenko, Mişel Platini və Canfranko Zola da qatılıb.

View this post on Instagram

A post shared by Legends Trophy (@trophyoflegends)

View this post on Instagram

A post shared by Legends Trophy (@trophyoflegends)

Onu da əlavə edək ki, ötən mövsüm Qvardiola üçün uğursuz olub. Onun komandası mövsümü kubok qazanmadan bitirib, Premyer Liqanı 3-cü yerdə başa vurub. Baxmayaraq ki, "şəhərlilər"in hələ də titul qazanmaq şansı var. Belə ki, qarşıdan klublararası dünya çempionatı gəlir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью