Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Qvardiola etiraf etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqası çempionluğu uğrundakı əsas rəqibləri "Arsenal" haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis hazırda turnir cədvəlinə liderlik edən London təmsilçisinə təriflər yağdırıb və onların dünyanın ən yaxşısı olduğunu etiraf edib:
"Arsenal" hazırda dünyanın ən yaxşı komandasıdır. Premyer Liqaya, Çempionlar Liqasına, İngiltərə kubokuna, Liqa kubokuna baxın.
Ümid edirəm ki, biz xal fərqini aradan qaldırmağa nail ola, getdikcə daha yaxşı oynaya bilərik. "Arsenal" onlara çatmağımız üçün bizə bir şans verəcək".
Qeyd edək ki, Premyer Liqada lider "Arsenal"ın 50 xalı var. "Mançester Siti" isə 43 xalla 2-cidir.