Qvardiola Fələstinə dəstək sözləri ilə böyük alqış qazandı

31.01.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

''Mançester Siti''nin çalışdırıcısı Xosep Qvardiola yenə Fələstində yaşananlara bağlı verdiyi açıqlama ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, çərşənbə günü Çempionlar Liqasında ''Siti''nin başında ''Qalatasaray''la oyuna çıxan ünlü mütəxəssis ertəsi gün vətəni Kataloniyaya yollanıb. Qvardiola burda 30-a yaxın tanınmış yerli sənətçi ilə birlikdə ''Act x Palestine'' adlı Fələstinə dəstək tədbirində iştirak edib.
Fələstin ənənələrinə uyğun geyimdə səhnəyə çıxan Qvardiola Qəzzada valideynlərini və yaxınlarını itirən uşaqlar üçün mükəmməl ifadələr işlətməklə böyük alqış qazanıb. Kataloniya dilində danışan Qvardiola bunları deyib:

''Axşamınız xeyir. Salam əleyküm. Son iki ildə sosial şəbəkələrdə və televizorda tez-tez qabağımıza bir video çıxır. Balaca uşaq özünü videoya çəkərək anasının harda olduğunu soruşur. O, anasının hələ dağıntılar altında həyatını itirməsindən xəbərsizdi. Məni maraqlandıran odu ki, görəsən, onlar nə düşünür? Onları yalqız buraxdığımızı və tərk etdiyimizi hiss edirəm. Fikrimcə, o uşaq öz daxilində hər zaman ''hardasız, gəlin, bizə yardım edin'' deyir. Biz indiyə qədər bunu etməmişik. Bəlkə də iqtidardakılar qorxaq olduqları üçün belədi. Çünki adətən məsum gəncləri məsum insanları öldürməyə göndərirlər. Bunu adətən qorxaqlar edir. Çünki onlar özləri isti evlərində yaşayır. Bombanı atanlar bizim buna səssiz qalmağımızı istəyirlər. Amma biz bu yaşananlara səssiz qalmamalıyıq. Buna daxil olmalıyıq. Dünyanın önündə duraraq zəiflərin, yəni Fələstinin yanında olduğumuzu göstərməliyik. Tək Fələstində yox bütün müharibələrdə bu cür mövqe tutmalıyıq. Bu, həm Fələstin, həm də insanlıq üçün bir çağırışdı''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью