Qvardiola futbolçuları evə buraxmır

26.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin futbolçuları İngiltərə Premyer Liqasının 18-ci turunun "Everton"la oyunundan əvvəl klubun bazasında gecələyəcəklər.

QOL.az BBC-yə istinadən xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Xosep Qvardiola qələbəsiz seriyaya görə verib. “Siti” bütün turnirlərdə son 12 matçda cəmi 1 qələbə qazanıb.

"Mançester Siti" - "Everton" matçı dekabrın 26-da keçiriləcək. Oyun Bakə vaxtı ilə saat 15:30-da başlayacaq.

Qvardiolanın komandası Premyer Liqada 17 oyundan 27 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Liverpul” 36 xalla birinci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью