Qvardiola futbolçularını damladı

26.12.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola son 12 qarşılaşmada cəmi 1 qələbə qazanan komandasını toparlamağın yollarını axtarır.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda "Everton"a qarşı keçirəcəkləri matçdan öncə futbolçuları klubun bazasında saxlayıb.

Hazırda 27 xalı olan "Siti" yerli pçempionatın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Bu gün baş tutacaq "Mançester Siti" - "Everton" görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью