Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
UEFA prezidenti Aleksander Çeferinin köməkçisi Zbiqniev Boniek açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner ispaniyalı mütəxəssis Xosep Qvardiolanın taktikasını tənqid edib:
“Qvardiola futbolu öldürdü. Onun taktikası “sən mənə, mən sənə”dir. Sağa gedirlər, sola dönürlər, sola gedirlər, sağa dönürlər. Oyun bitəndə görürsünüz ki, 1788 ötürmə olub. Bundan həzz almıram. Mən düzünə oynayan, qol vurmağa çalışan, meydanda çox çalışan komandaları sevirəm”.
Qvardiola “Barselona”, “Bavariya”, “Mançester Siti” kimi klubları çalışdırıb. Mütəxəssis hazırda işsizdir.