Qvardiola gələcəyi ilə bağlı sürpriz qərar verəcək

16.11.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

İspaniyalı məşqçi Pep Qvardiola yaxın gələcək üçün planlarını müəyyənləşdirib.

"Mançester Siti"dən ayrılan mütəxəssis hazırda klubsuzdur. Əvvəllər media onun Maurisio Poçettinonun əvəzinə ABŞ millisinin baş məşqçisi təyin olunması ehtimalını fəal şəkildə müzakirə edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, lakin Qvardiola məşqçiliyə qayıtmağa tələsmir.

İspaniyalı mütəxəssis uzun müddətli fasilə verməyi planlaşdırır və təxminən bir il ərzində yeni iş təkliflərini nəzərdən keçirməyəcək.

Buna görə də, titullu məşqçinin tezliklə peşəkar futbola qayıtması ehtimalı azdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью