Qvardiola görüntüsü ilə bağlı açıqlama verdi

27.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə bağlı açıqlama verib.

QOL.az xəbər verir ki, mütəxəssis öz İnstagram səhifəsində (History bölümü) bildirib:

"Dünən gecə mətbuat konfransının sonunda üzümdəki cızıqla bağlı verilən sual məni təəccübləndirdi. Mən cavab verdim ki, iti dırnağım təsadüfən burnumu cızıb. Cavabımda ciddi problem olan özünə xəsarət yetirməyi işıqlandırmaq niyyətim yox idi. Bilirəm ki, bir çox insan hər gün mental xəstəliklərlə mübarizə aparır". 

Qeyd edək ki, sözügedən oyundan sonra Qvardiolanın burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub. Matçdan sonra keçirilən mətbuat konfransında ona burnundakı çapıqla bağlı sual ünvanlanıb. İspaniyalı mütəxəssis isə matçın gedişində epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью