Qvardiola hələ belə vəziyyətə düşməmişdi | Icma.az
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çempionlar Liqasının pley-off mərhələsində evdə 2:3 hesabı ilə uduzduğu "Real Madrid"ə səfərdə də məğlub olaraq (1:3) mübarizəni dayandıran "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola antirekorda imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu, ispaniyalı mütəxəssisin cari mövsüm üzüldüyü 13-cü məğlubiyyət olub.
Sözügedən çalışdırıcı indiyədək heç bir komandanın "sükanı arxası"nda bir mövsümdə 13 yenilgi acısı dadmamışdı.
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir.
O, daha öncə "Bayern Münhen" və "Barselona" kimi Avropa nəhənglərinə də rəhbərlik edib.
Nihat Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu