Qvardiola Holanndan niyə narazıdı?

05.12.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Erlinq Holannın “Mançester Siti”ni tərk edərək “Real”a keçəcəyi barədə növbəti xəbərlər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola norveçli hücumçunun bu niyyətindən narazıdı. Məlumata görə, yeni müqaviləyə transfer bəndinin əlavə edilməsi qərarı Qvardiola ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaradıb.
Erlinqin mövcud müqaviləsinin müddəti 2034-cü ilə qədərdi. 25 yaşlı hücumçu MS-də 2022-ci ildən çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью