Qvardiola ilə işləməyi hər gənc oyunçu arzulayar

21.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin "Palmeyras"dan transfer etdiyi müdafiəçi Vitor Reys "şəhərlilər"lə müqavilə bağlayandan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini İngiltərə nəhənginin mətbuat xidməti belə çatdırıb:

"Mançester Siti"yə - dünyanın ən böyük klublarından birinə qoşulduğum üçün çox şadam. Son mövsümlərdə "Siti"nin əldə etdiyi möhtəşəm uğurlardan hamımızın xəbəri var. Mən də yeni mükafatların qazanılmasında pay sahibi olmaq istəyirəm. 

Pep Qvardiola ilə işləməyi hər gənc oyunçu arzulayar. Bilirəm ki, o, mənim daha yaxşı olmağıma kömək edəcək. "Siti"nin həm də braziliyalı oyunçularla iş təcrübəsi böyükdür. Ederson və Savinyonun komandada olması mənim üçün əlavə üstünlükdür".

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью