Qvardiola ilə Mourinyonun söz savaşı davam edir | Icma.az
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir dönəm aralarındakı rəqabət inanılmaz səviyyəyə çatan Xosep Qvardiola ilə Joze Mourinyo bu dəfə söz savaşına çıxıblar.
''Mançester Siti''də çox ağır bir dönəmdən keçən Qvardiola ötən həftəsonu ''Liverpul'' ilə səfər oyununda yerli fanatlara əli ilə ''6'' işarəsini göstərmiş və bununla da Mourinyoya bənzədilmişdi.
Portuqaliyalı çalışdırıcı da vaxtilə ''Mançester Yunayted''in başında ''Çelsi'' fanatlarına ''3'' işarəsini göstərmişdi.
''Kristal Pelas'' ilə oyunöncəsi mətbuat konfransında Qvardiola ''vaxtilə Mourinyo da qazandığı çempionluqların sayını göstərmiş və bu, onun üçün sonun başlanğıcı olmuşdu'' tipli suala cavab verərkən ''xeyr, bizim durumumuz eyni ola bilməz, mən premyer-liqanı 6, o isə 3 dəfə qazanıb'' ifadəsini işlətmişdi.
Hazırda ''Fənərbaxça''nı çalışdıran Mourinyonun buna cavabı gecikmədi.
O, ''Siti''nin adının 100-dən çox maliyyə pozuntusunda hallanmasına işarə vuraraq ''Düzdü, o 6 çempionluq qazanıb, mən isə 3.
Amma mən təmiz qələbə istəyirəm. Təmiz qələbə qazanmayacamsa, uduzmağa üstünlük verirəm. Rəqib güclü olduqda onun əlini sıxmaq istəyirəm.
Tam oxu
Xəbəri oxu