Qvardiola: “İşdən çıxarılacağıma inanmıram”

10.02.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdan qovulmasından narahat olmadığını bildirib.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssisə komandanın cari mövsümdə göstərdiyi qeyri-qənaətbəxş nəticələrə görə onun müqaviləsinə xitam verilməsinin potensial imkanları barədə sual verilib. 54 yaşlı menecerin  sorğuya cavabı belə olub:

“Yox, mən işdən çıxarılmaqdan qorxmuram. Bilmirəm həkimə belə suallar verərdinizmi? Əvvəlki mövsümlərdə əldə etdiklərimə görə buradayam. İşdən çıxarıla biləcəyimə inanmıram”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 24 turdan sonra aktivindəki 41 xalla 5-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью