Qvardiola jurnalistləri “topa tutdu”

11.01.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola jurnalistlərin klubun transfer planları ilə bağlı suallarını tənqid edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

“Əlaqə saxladığımız hər kəs haqqında eyni sualları verəcəksiniz, ona görə də danışmayacağam. Transfer pəncərəsinə girməməli olduğumuzu bilirik və bu mənim də xoşuma gəlmir. Amma bu mövsüm zədəlilərin çox olması bizi buna məcbur edir. Amma nə olacağını deməyəcəyəm, çünki bilmirəm. Əlbəttə, klubla əlaqə saxlayıram, amma nə baş verdiyini və bundan sonra nə olacağını bilmirəm”, - Qvardiola deyib.

“Frankfurt”un futbolçusu Omar Marmuşun transferi ilə bağlı suala isə mütəxəssis belə cavab verib:

“Cavabımda aydın deyildim? Özünüzə gəlin. Açıq şəkildə bildirdim ki, bu barədə danışmayacağam. O, başqa klubun oyunçusudur. “Transfer pəncərəsi” bitənə qədər hər mətbuat konfransında bir suala da cavab verməyəcəyəm”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью