Qvardiola karyerasında belə uğursuz olmamışdı

10.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin uğursuz çıxışları davam edir.

QOL.az xəbər verir ki, "şəhərlilər" son olaraq ötən gecə İngiltərə Premyer Liqasının 11-ci turunda "Brayton"a məğlub olub - 1:2.

Bnunla da komandanın baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında ilk dəfə olaraq ardıcıl 4 məğlubiyyət alıb. Bu barədə "Opta Sports" məlumat yayıb.

Bundan əvvəl isə "Mançester Siti" Liqa Kubokunda "Tottenhem"ə (1:2), Premyer Liqada "Bornmut"a (1:2), Çempionlar Liqasında isə "Sportinq"ə (1:4) məğlub olub.

Həmçinin, "Mançester Siti" 2006-cı ildən bəri ardıcıl 4 oyunda uduzmayıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 23 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Liverpul"un 28 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью