Qvardiola “Liverpul” “Mançester Siti” qarşılaşmasının favoritini açıqlayıb | Icma.az
Icma.az, Report.az portalına istinadən məlumat verir. İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola yetirmə
“Report” “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis oyunqabağı mətbuat konfransında bildirib.
Premyer Liqanın dördüncü pilləsində qərarlaşan Qvardiolanın yetirmələri xalsız noyabrdan sonra dekabrın 1-də səfərdə – “Enfild” stadionunda Arne Slotun komandasına qarşı oynayacaqlar.
Rəqiblərini böyük xal fərqi ilə arxada qoyan “qırmızılar”ın qələbəsi “şəhərlilər”in çempionluq yarışına həlledici zərbə ola bilər.
“Mançester Siti”nin Premyer Liqa çərçivəsində “Enfild”dəki sonuncu zəfəri 2021-ci ilin fevral ayına, ondan qabaqkı isə ümumiyyətlə 21 il öncəyə təsadüf edir.
Ev sahibinin “oyuna tam əminliklə çıxacağını” deyən Qvardiola “söhbət böyük oyunlardan gedəndə favorit hesab olunmağın heç vaxt onun düşüncələrinə təsir etmədiyini və ya komandasına üstünlük vermədiyini” vurğulayıb.
“Enfild”də favorit olmuşuq və heç vaxt da qalib gəlməmişik. Yalnız bir dəfə, COVID dövründə, orada heç kim olmadığı vaxt bu mümkün olub.
Heç nə dəyişməyib. Sözsüz, biz [favorit] deyilik, hazırda son oyunlarda nəticələrimizi yaxşılaşdırmırıq”, – komandanın çalışdırıcısı söyləyi
Tam oxu
Xəbəri oxu