Qvardiola “Mançester Siti” ilə müqaviləni uzada bilər

19.08.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırkı klubu ilə müqaviləni uzada biləcəyini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  mütəxəssis “Men in Blazers”ə müsahibəsində danışıb.
Qvardiola qeyd edib ki, hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub:
“Müqaviləmdə daha iki il var, bəlkə də onu daha iki il uzadacam. Sual odur ki, nə vaxt dayanmaq istəyirəm: bu il, iki və ya dörd ildən sonra. Fasilə verəcəm, amma hələlik yaxşıyam deyərdim.
Komanda ABŞ-də keçirilən Klublararası Dünya Çempionatından sonra əhvalımı yüksəldir. Orada nəsə yaratdıq, bəyəndiyim, keçən mövsüm çatışmayan bir şey gördüm.
Məşqlər, bədən dili, təfərrüatlar, vaxtında gəlmək, atışma üsulumuz – komandanın burada olduğunu göstərən kiçik şeylər! Və bu, məncə, keçən mövsümdən daha ardıcıl olmağımıza kömək edəcək”.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью