Qvardiola Mançester Siti nin ulduzunun müqavilə yenilədiyini təsdiqlədi

14.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rəhbərlik etdiyi komandanın yarımmüdafiəçisi İlkay Gündoğanla müqavilə yeniləndiyini təsdiqləyib.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Gündonun daha bir illik müqaviləsi var. Dəqiq belədir. Yayda necə olacağını bilmirəm, amma indiki həqiqət budur".

Xatırladaq ki, 34 yaşlı Gündoğan bir mövsüm "Barselona"da oynayandan sonra bu yay "Mançester Siti"yə qayıdıb. 

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью