Qvardiola “Mançester Siti”də 500cü oyununa çıxır

28.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Lester”ə qarşı keçiriləcək oyun “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar xarakter daşıyır.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ispan mütəxəssisin hazırkı klubunda 500-cü matçı olacaq. 

Sabah keçiriləcək Qvardiolanın yubiley görüşü - “Lester” - “Mançester Siti” oyunu Bakı vaxtı ilə 18:30-da start götürəcək. 

Qeyd edək ki, 53 yaşlı məşqçinin rəhbərliyi altında “Mançester Siti” 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə kubokunun, 4 dəfə İngiltərə Liqa kubokunun, 2 dəfə İngiltərə Superkubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə də UEFA Superkubokunun qalibi olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью