Qvardiola matçdan sonra elə bil hala düşdü ki... Video

27.11.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə diqqət çəkib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, onun burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub.

Matçdan sonra keçirilən mətbuat konfransında Qvardiolaya burnundakı çapıqla bağlı sual ünvanlanıb. O isə matçın gedişində təəssüfləndiyi epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.

"Feyenoord"la oyuna qədər bütün turnirlərdə ardıcıl 5 oyunda uduzan "Mançester Siti" ötən gecə keçirilən görüşdə qələbəyə çox yaxın olub. Komanda matçın gedişində 3:0 hesabı ilə öndə olsa da, Niderland klubu 3 qol vuraraq hesabı bərabərləşdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью